Bank Of Baku

Avqust ayında 13 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edib

Avqust ayında 13 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edib
# 02 sentyabr 2024 10:54 (UTC +04:00)

Avqust ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar olaraq 13 nəfərin ( 3 qadın cinsli, 10 kişi cinsli olmaqla) müraciəti qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 4 nəfər xəstəxanaya hospitalizasiya olunub, 9 nəfərə yerində yardım göstərilib.

Qeyd edilib ki, müraciət edən şəxslərdən 3-ü (2 qadın, 1 kişi cinsli olmaqla) yeniyetmə olub.

Məryəm Surxay

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR