Bank Of Baku

Azad edilmiş rayonların ortafoto və rəqəmsal topoqrafik planları aidiyyəti üzrə təhvil verilib

Azad edilmiş rayonların ortafoto və rəqəmsal topoqrafik planları aidiyyəti üzrə təhvil verilib
# 22 fevral 2023 15:10 (UTC +04:00)

İşğaldan azad edilmiş rayonların Baş planlarının hazırlanması məqsədilə Ağdam rayonunda 15,376 kv.km, Kəlbəcər şəhərinin və Kəlbəcər rayonunun Zar kəndinin 14,8 kv.km Qubadlı rayonunda 15,35 kv.km, Cəbrayıl rayonunda 7,14 kv.km, Laçın şəhərinin, Laçın rayonunun Qorçu, Şəlvə, Zabux, Sus və İmamlar kəndlərinin 34,63 kv.km, eləcə də Zəngilan Beynəlxalq Hava Limanı və onu əhatə edən 6,25 kv.km ərazilərinin fotoçəkilişləri aparılıb. Ortafoto planlar və rəqəmsal topoqrafik planlar hazırlanıb və aidiyyəti üzrə təhvil verilib.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekosiyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi Qrupunun Laçında keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Cəbrayıl rayonu ərazisində günəş batareyalarının quraşdırılması üçün Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında yeni salınacaq yaşıllıq sahələri ilə əlaqədar “DRON” vasitəsilə çəkiliş işləri aparılıb:

"Eyni zamanda Azərbaycan Respublikası İran İslam Respublikasının dövlət sərhədində (Azərbaycan Respublikasının işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonları ərazisində) sərhəd nişanlarının bərpa edilməsi ilə bağlı topogeodeziya işləri yerinə yetirilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR