"Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) barəsində həbs-qətimkan tədbiri seçilib.
APA-nın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Məhkəmənin qərarı ilə Mahir Ələkbərov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan M.Ələkbərov hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.