Azərbaycan Müəllim İnkişafı Mərkəzi növbəti Cambridge CELTA Kursuna start verib

Azərbaycan Müəllim İnkişafı Mərkəzi növbəti Cambridge CELTA Kursuna start verib
# 01 iyul 2024 14:44 (UTC +04:00)

Cambridge Assessment English təşkilatının Azərbaycanda Müəllimlik Kvalifikasiyaları üzrə yeganə Mərkəzi/Tərəfdaşı olan AMİM mütəmadi olaraq ingilis dili mütəxəssisləri üçün ali sertifikasiya proqramlarını davam etdirir. Hər il olduğu kimi, bu ildə AMİM dünyada ən yüksək ingilis dili Sertifikasiya proqramı olan CELTA proqramına start verdi.

Bu il ilk dəfə olaraq proqramda maksimum mümkün olan 24 yerli ingilis dili müəllimi iştirak edəcəkdir. Bu faktın özü AMİM tərəfindən keçirilən bu beynəlxalq sertifikasiya proqramına marağın artmasına dəlalət edir.

Kursda 4 nəfər Cambridge mütəxəssisi təlim keçəcək. Proqram bir ay ərzində davam edəcək və proqramın sonunda iştirakçılara Cambridge Beynəlxalq Sertifikatı təqdim olunacqadır.

CELTA (Certificate of English Language Teaching to Adults) kursu haqqında

CELTA dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tanınan sertifikasiya proqramıdı. CELTA sertifikasiya proqramı Britaniyanın Cambridge Assessment English təşkilatının ingilis dilini tədris edənlər üçün əsas məhsullarında biri olaraq yüksək keyfiyyətli və effektiv proqram hesab olunur. Hər il dünyada 10.000-dən çox mütəxəssis CELTA təlimini tamamlayaraq CELTA kvalifikasiyasına yiyələnir.

CELTA kvalifikasiyanı əldə etmək üçün 5 əsas səbəb:

CELTA bütün dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tələb olunan kvalifikasiyadır.

Keçirildiyi ölkədən asılı olmayaraq hər bir CELTA təliminə Cambridge Assessment English tərəfindən nəzarət olunur.

CELTA təlimçiləri yüksək kvalifikasiyalı və təcrübəli peşəkarlar arasından seçilir və sertifikasiya olunur.

Bütün CELTA təlimləri rəsmiləşdirilmiş kurrikulum standardlarına əsasən təşkil olunur.

CELTA təliminə real dərs mühitində tədris praktikası daxildir.

CELTA Kursunun Strukturu

Təlimin kursu aşağıdakı istiqamətləri əhatə edir:

Müəllim və tələbə, tədris və öyrənmə konteksti

Dilin analizi və dil barəsində məlumatlılıq

Dil bilikləri: oxu, dinləmə, yazı və danışıq

Müxtəlif tədris kontekstləri üçün dərs planlama və mənbələr

Müəllimlik bacarıqlarını inkişaf etdirmək və peşəkarlığı artırmaq

CELTA nəyi öyrədir?

Sizi müxtəlif kontekstlərdə ingilis dilini öyrənən tələbələrin motivasiyası, dil öyrənmə prosesində müəllimin və tələbənin rolu barəsində məlumatlandırır

Sizə ingilis dilini öyrənən tələbələrə effektiv dərs keçmək üçün metodikanı təqdim edir

Sizə ingilis dilini öyrənən tələbələrə dərs keçmək üçün ilkin bacarıqları aşılayır.

Sizi dərs keçmək və qiymətləndirmək məqsədilə istifadə edə biləcəyiniz mənbələr və materiallarla tanış edir.

Sizə öz peşəkar sahənizdə gələcək inkişafınız üçün imkanlar yaradır

CELTA sertifikatın karyera inkişafına təsiri

Bütün dünyada təhsil sahəsində işə götürənlər arasında CELTA sertifikatı ən yüksək dəyərləndirilən kvalifikasiyalardan biridir. Statistikaya görə, ingilis dilinin tədrisi ilə bağlı verilən iş elanlarının 70 faizində CELTA tələb olunur. Xüsusi olaraq vurğulamaq olar ki, Birləşmiş Krallıqda işə götürənlərin ən azı 90 faizi onlarla çalışan müəllimlərdən CELTA-ya yiyələnməyi tələb edir.

Hazırda 2025-ci ildə keçiriləcək CELTA kurslarına erkən qeydiyyat davam edir.

Növbəti Proqramlara qeydiyyata alınmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiz:

WhatsApp: +0099450 290169

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR