Paşha Bank
Bank Of Baku

Azərbaycan QHT-si son günlərdə Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edib

Azərbaycan QHT-si son günlərdə Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edib
# 16 oktyabr 2026 23:10 (UTC +04:00)

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyinin “Minasız dünya” beynəlxalq kampaniyasının 2026-cı il oktyabrın 15-də növbəti dayanacağı Avstriyanın Salzburq şəhəri olub.

APA xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Sərgi Avstriyadakı Azərbaycan Evinin tərəfdaşlığı ilə Salzburqda Mərkəzi Vağzalın önündə baş tutub.

Fotoekspozisiya mina məsələsinə Ermənistanla təkcə keçmiş münaqişənin fəsadı kimi yox, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində cəmiyyətin normal yaşayışına, sosial bərpaya və dinc gələcəyin qurulmasına mane olan ən böyük humanitar əngəl kimi diqqət çəkib.

Nümayiş olunan 22 sənədli fotoşəkil minaların sadəcə anlıq təhlükə yaratmadığını, insanların ömürlərini büsbütün alt-üst etməsini gözlər önünə sərib.

Sərgidə vurğulanıb ki, Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrin təhvil verilməməsi postmünaqişə dövründə 500-ə yaxın insanın həyatına son qoyub.

Salzburqun mərkəzi meydanında təşkil olunan sərgi dinc mühitdə yaşamaq hüququnun vacibliyini xatırlatmaqla yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə 18-ci hədəf kimi “Minasız dünya” prinsipinin daxil edilməsinə xidmət edir.

2026-cı il oktyabrın 5-də analoji fotoekspozisiya İsveçrənin Cenevrə şəhərində, oktyabrın 7-də Çexiyanın Brnoda şəhərində, oktyabrın 9-da Sloveniyanın Lyüblyana şəhərində, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində, oktyabrın 13-də Xorvatiyanın Zaqreb şəhərində keçirilib.

“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR