Bank Of Baku

Azərbaycan və Özbəkistan QHT-lərinin birgə qrant müsabiqələri keçirilə bilər

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva

© APA | Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva

# 24 noyabr 2025 11:33 (UTC +04:00)

Özbəkistan QHT-ləri ilə birgə qrant müsabiqələrinin icrası üçün hazırlıqlar gedir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətlər Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunda bildirib.

O, Zəngəzur dəhlizinin türk dünyası üçün canlı körpü rolu oynayacağını qeyd edib və tarixi Qarabağ zəfərinin bütün türk dünyasının qələbəsi olduğunu vurğulayıb.

Aygün Əliyeva Azərbaycan-Özbəkistan QHT-lərinin əməkdaşlığı çərçivəsində görülən işlər barədə danışıb və bu gün keçiriləcək Azərbaycan-Qazaxıstan QHT-lərinin birinci forumunun ölkəmizin digər türk dövlətlərinin QHT-ləri ilə də əlaqələrinin gücləndirilməsi üçün bir fürsət olacağını əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR