Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Həmin ali məktəblər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetidir.
Başqa sözlə:
- Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universitetinə çevrilmə yolu ilə ;
- Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasına çevrilmə yolu ilə;
- “Azərbaycan Texnologiya Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texnologiya Universitetinə çevrilmə yolu ilə;
- Bakı Slavyan Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Bakı Slavyan Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcəklər.
Nazirlər Kabineti təsdiqlədiyi nizamnamələrə əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nizamnamə fondu 17 791 159 (on yeddi milyon yeddi yüz doxsan bir min yüz əlli doqquz) manat, Rəssamlıq Akademiyasının nizamnamə fondu 3 282 204 (üç milyon iki yüz səksən iki min iki yüz dörd) manat, Azərbaycan Texnologiya Universitetininnizamnamə fondu 1 920 000 (bir milyon doqquz yüz iyirmi min) manat, Bakı Slavyan Universitetinin nizamnamə fondu 28 798 321 (iyirmi səkkiz milyon yeddi yüz doxsan səkkiz min üç yüz iyirmi bir) manat olacaq.