Bank Of Baku

Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub
# 18 dekabr 2022 16:59 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 409 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 869 nəfər müalicə olunaraq sağalıb, 9 993 nəfər vəfat edib, aktiv xəstə sayı 547 nəfərdir.

Ölkədə son sutka ərzində 1 864, hazırkı dövrədək isə 7 407 349 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR