Bank Of Baku

Azərbaycanda daimi yaşayan xaricilərin burada qazandıqları staj öz ölkələrində də nəzərə alınır

Azərbaycanda daimi yaşayan xaricilərin burada qazandıqları staj öz ölkələrində də nəzərə alınır
# 29 noyabr 2022 12:04 (UTC +04:00)

Azərbaycanla Rusiya arasında pensiya sahəsində müqavilə imzalanmaq mərhələsindədir.

APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da deyib.

O bildirib ki, hazırda bir sıra ölkələrlə, o cümlədən Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarus, Serbiya, Türkiyə ilə pensiya sahəsində sazişimiz var.

"Sazişə əsasən Azərbaycanda daimi yaşayan xarici ölkə vətəndaşlarının burada qazandıqları staj öz ölkələrində də nəzərə alınır" - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR