Azərbaycanda məhkumların təhsili üçün internet platformalarının yaradılması vacib sayılır

Azərbaycanda məhkumların təhsili üçün internet platformalarının yaradılması vacib sayılır
# 29 fevral 2024 10:55 (UTC +04:00)

Məhkum edilmiş şəxslərin təhsil almaq hüququnun təmin edilməsi üçün internet platformaları yaradıla bilər.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Hesabatda cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsi yaradılması təklif edilib.

Eyni zamanda məhkum edilmiş şəxslərin təhsil almaq hüququnun təmin edilməsi, orta ixtisas və ya ali təhsilini davam etdirməsi, öz bilik və bacarıqlarını artırması məqsədilə müvafiq mexanizmin, o cümlədən internet platformaların yaradılması təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR