Bank Of Baku

Azərbaycanda ölümündən sonra orqanlarını bağışlayan insanlar var

Azərbaycanda ölümündən sonra orqanlarını bağışlayan insanlar var
# 18 yanvar 2024 13:12 (UTC +04:00)

Ötən il Azərbaycanda 300-ə yaxın orqan transplantasiyası əməliyyatları həyata keçirilib.

Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, bunlardan böyrək transplantasiyası çoxluq təşkil edir.

Eyni zamanda, qeyd edilib ki, ölümündən sonra orqanlarını bağışlayan insanlar var:

“Ancaq meyitdən orqan götürülməsinə hələ başlanılmayıb”.

Xatırladaq ki, 2023-cü il dekabrın 25-də Səhiyyə Nazirliyinin Kollegiyası Orqan donorluğu və transplantasiya sahəsində bəzi normativ hüquqi aktlar təsdiq edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, “Məlumatlandırılmış razılıq ərizəsinin forması” təsdiq edilib. Belə ki, “Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması”; “Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması”; “Meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydası” və “Meyit donordan götürülmüş orqanla bağlı aktın forması” təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR