Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 501 vaksin vurulub.
APA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunub.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 228, pozitiv nəticədən sonra buster doza vaksin olunanların sayı isə 32-dir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13927626, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5394553, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4874955, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393757, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 361 nəfər təşkil edir.