Azərbaycanda vahid tibbi elektron bazanın yaradılması təklif edilib

Azərbaycanda vahid tibbi elektron bazanın yaradılması təklif edilib
# 29 fevral 2024 10:56 (UTC +04:00)

İcbari tibbi sığortanın tətbiqi sahəsində operativliyin və əlaqələndirmənin, həmçinin tabeliyindən asılı olmayaraq, bütün tibb müəssisələrində göstərilən tibbi xidmətlər barədə məlumatlılığın və həmin xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində səmərəliliyin artırılması məqsədilə vahid tibbi elektron bazanın yaradılması tövsiyə olunur.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, Azərbaycanda vahid tibbi elektron məlumat bazasının yaradılmasına böyük ehtiyac var:

“Bir sıra tibb müəssisələrində elektronlaşma ilə bağlı müvafiq işlərin görülməsinə baxmayaraq, “Elektron səhiyyə” ilə bağlı ölkədə vahid platformanın yaradılması tibbi sığortanın tətbiqi sahəsində operativliyin təmin edilməsində və vətəndaşların tibbi xidmətlərə əlçatanlığı sahəsində səmərəliliyin artırılmasında olduqca əhəmiyyətlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR