Bank Of Baku

Azərbaycanda yeni rəqəmsal TV xidməti təqdim edilib

Azərbaycanda yeni rəqəmsal TV xidməti təqdim edilib
# 16 fevral 2023 16:10 (UTC +04:00)

“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC yeni rəqəmsal TV xidmətini təqdim edib.

"APA-Economics" xəbər verir ki, indi “Aztelekom” və “Baktelecom”un fiber-optik internet xidməti (GPON-Gigabit Passive Optical Networks) üzərindən təmin olunan yeni TV xidməti – Tvin TV-ni əldə edən abunəçi ümumi 247 TV kanalından 57-ni HD yayım keyfiyyətində izləmək imkanı əldə edəcək. Tvin TV-nin heç bir yaddaş kartı olmadan verilişlərin 7 günlük arxivini izləmək və “YouTube”, “Netflix” kimi tətbiqlərdən istifadə etmək kimi üstünlükləri var.

Qeyd edək ki, Tvin TV həm adi TV, həm də Smart TV funksiyalarına malikdir.

“Aztelekom” Tvin TV-ni əldə etmək istəyən abunəçilərinə 3-ü 1-də paketini 27 AZN-ə, “Baktelecom” isə 29 AZN-ə təqdim edir. Bu paketə telefoniya, 30 mbit/s GPON texnologiyalı internet və TV xidmətləri daxildir.

4K keyfiyyəti özündə ehtiva edən xidmətin digər üstünlükləri aşağıdakı kimidir:

Rahatlıq:

• 24/7 dəstək

• valideyn nəzarəti funksionallığı

• asan istifadə

• kabellərə və antenlərə ehtiyac yoxdur

Sərfəli:

12 aylıq güzəştli şərtlərlə pulsuz cihaz və qoşulma

• Smart TV-yə xərclənən vəsaitə qənaət

• 3 xidmət birlikdə daha əlçatan

Məlumat üçün bildirək ki, rəqəmsal TV xidmətinə yalnız“Aztelekom” və “Baktelecom”un GPON xidməti olan ünvanlardakı abunəçilər qoşula bilərlər.

Bu paket daxilində 30 mbit/s internet təklif edilsə də, abunəçilər seçim əsasında daha yüksəksürətli fiber-optik internet xidmətləri də əldə edə bilərlər. Bu və ya digər xidmətlərə qoşulmaq üçün https://tvintv.az/ saytı vasitəsilə, “TV” sözünü sms ilə 6789 qısa nömrəsinə göndərməklə və ya regional filialların ərazi üzrə xidmət göstərən şöbəsinə(Aztelekom abunəçiləri), Rabitə Xidmətləri Mərkəzlərinə (Baktelecom abunəçiləri) müraciət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR