“Qardaşlarımıza köməyə gəlmək vicdan borcumuzdur. Qardaş dar gündə tanınar. Fevralın 7-də özüm təyyarəyə bilet alaraq İstanbula, oradan Kahramanmaşa gəldim”.
APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycandan Türkiyəyə zəlzələ bölgəsində gələn könüllü Vüsal Rüstəmov deyib.
O bildirib ki, axtarış-xilasetmə işlərində iştirak edib: “Qardaş Türkiyənin başı sağ olsun. Hər zaman qardaşlarımızın yanındayıq".