Bank Of Baku

Azərbaycanın turizm imkanları Türkiyədə nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Türkiyədə nümayiş etdirilir
# 06 fevral 2024 14:36 (UTC +04:00)

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2024”) nümayiş etdirilir.

Bu barədə APA-ya agentliyin mətbuat xidmətindən məlumat verilib. bildirilib ki, fevralın 9-dək davam edəcək sərgi çərçivəsində milli stenddə 6 turizm şirkəti, 2 hotel qrupu və "Azərbaycan Hava Yolları" QSC təmsil olunur:

"Sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensiallı məkanları, qastroturizm, şərabçılıq, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş "Xınalıq və Köç Yolu” mədəni landşaftı daxil olmaqla maddi-mədəni irs nümunələri, eləcə də işgüzar turizm imkanları haqqında geniş məlumat verilir, Türkiyə və digər ölkələrdən olan turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir".

Qeyd edilib ki, Türkiyə 2023-cü ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşıb:

"Ötən il ərzində Türkiyədən ölkəmizə 378 204 nəfər olmaqla 2019-cu il rəqəmlərindən 19 faiz daha çox ziyarətçi gəlib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR