Təxliyənin coğrafiyasını bir qədər genişləndirmişik. Çünki insanların vilayətlər arasında hərəkət etməsi bir qədər problemdir.
APA-nın zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşı Tural Əsədi xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.
Səfir qeyd edib ki, elə buna görə bu gün təxliyə Qaziantep, Malatya, Adana, Kahramanmaraş və əlavə olaraq Hataydan Azərbaycan vətəndaşları təxliyə ediləcək.