Ramazan Bayramı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsi bağlı olacaq.
APA xəbər verir ki, bu barədə səfirliyin məlumatında deyilir.
Qeyd edilib ki, konsulluq şöbəsi 10–12 aprel tarixlərində işləməyəcək.