Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qəza səbəbindən metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.