Bakı İlahiyyat Kollecinə qəbul elan edilib

Bakı İlahiyyat Kollecinə qəbul elan edilib
# 22 may 2024 10:14 (UTC +04:00)

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər müsahibə mərhələsində iştirak etmək üçün 29 may 2024-cü il tarixinədək Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən eservices.dim.gov.az link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

APA xəbər verir ki, Kollecə 2024/2025-ci tədris ili üzrə qəbul yalnız tam orta təhsilini(onbirillik) başa vurmuş abituriyentlər arasında aparılacaq. Müsahibə mərhələsinin hansı tarixdə keçiriləcəyi DİM tərəfindən elan olunacaq.

Qeyd edək ki, bu il Bakı İlahiyyat Kollecinə 20 tələbənin qəbul olunması nəzərdə tutulub.

Xatırladaq ki, 2023-cü ilin dekabr ayında Baş nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında Bakı İlahiyyat Kolleci publik hüquqi şəxsi yaradılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR