2023-cü ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, İdarənin tabeliyindəki 188 məktəbdə təşkil edilən 922 təmayül sinifdə 20 592 şagird təhsil alır.
Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.