Bank Of Baku

Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb
# 03 avqust 2022 18:32 (UTC +04:00)

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına edilən əlavələrin müddəti uzadılıb.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2022-ci il 20 iyun tarixli 232 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb.

Əvvəl bu müddət iyulun 1-dək nəzərdə tutulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR