Bakı Şəhəri üzrə Təhsil İdarəsi 322 nömrəli məktəbin distant təhsilə keçməsi ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya bildirilib ki, 322 nömrəli tam orta məktəbdə COVID-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında bu məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
***
16:41
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb.
APA-nın xəbərinə görə, Bakının Xəzər rayonunda yerləşən 322 nömrəli tam orta məktəbdə şagird və müəllimlər arasında koronavirus aşkarlandığına görə oktyabrın 20-dən məktəbdə dərslərin 14 gün müddətində distant keçilməsi qərara alınıb.