Bank Of Baku

Bakıda səkidə quraşdırılan pilləkən qəfəsəsi sökülüb

Bakıda səkidə quraşdırılan pilləkən qəfəsəsi sökülüb
# 31 oktyabr 2025 17:27 (UTC +04:00)

Oktyabrın 31-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ictimai nəzarət qaydasında daxil olan müraciət əsasında Hənifə Ələsgərova küçəsinə baxış keçirilib.

Bu barədə APA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Ərazidəki yaşayış binasının alt hissəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında layihədən kənar pilləkən qəfəsəsinin quraşdırıldığı müəyyən olunub.

Faktla bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarə əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi operativ tədbirlər nəticəsində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti fəaliyyətinin qarşısı alınaraq, pilləkənin söküntüsü təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR