Bank Of Baku

Bakıda Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir - FOTO

Bakıda Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir - FOTO
# 25 avqust 2024 15:11 (UTC +04:00)

AYNA tərəfindən Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir.

AYNA-dan APA-ya verilən məlumata görə, yol boyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Tbilisi prospektinin müxtəlif ərazilərində gün ərzində 6-10 müntəzəm marşrut xətti üzrə 80-150 avtobus fəaliyyət göstərir.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR