Bank Of Baku

Bakıda "Türk Dünyası Həftəsi" çərçivəsində beynəlxalq konqres keçirilib - FOTO

Bakıda "Türk Dünyası Həftəsi" çərçivəsində beynəlxalq konqres keçirilib - FOTO
# 30 iyun 2026 12:44 (UTC +04:00)

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi" mövzusunda beynəlxalq konqres keçirilib.

APA xəbər verir ki, tədbirdə Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və başqaları çıxış edib.

İsa Həbibbəyli bildirib ki, bütün türk xalqlarının mədəniyyətini, tarixini, ədəbiyyatını öyrənən yeni nəsil tədqiqatçılar yetişməlidir: “Bu prosesə artıq başlanılıb. Müəyyən işlər görülür, dissertasiyalar müdafiə olunur, monoqrafiyalar çap edilir”.

O qeyd edib ki, Birinci Türkoloji Qurultayın hədəfi türk xalqlarının inteqrasiyasını gücləndirmək, türkologiya elmini inkişaf etdirmək, bütün istiqamətlərdə türkologiya elminin, türk xalqlarının birliyini, əməkdaşlığını gücləndirməkdən ibarətdir.

Daha sonra çıxış edən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov bildirib ki, Türk dünyasının birliyi gücləndirilməlidir: “Bu gün qarşılaşdığımız təhdidlər göstərir ki, heç bir xalq, heç bir millət bu təhlükələrdən kənarda deyil. Bu təhdidlərdən qorunmaq üçün birlik vacibdir. Çünki bu gün beynəlxalq siyasətdə böyük dəyişikliklər baş verir. Buna görə bu cür görüşlər, qurultaylar keçirilməlidir. Bunu ürəkdən, səmimi şəkildə dərk etmək və ən mühüm vəzifə kimi xüsusilə bugünkü gənclərimizə, gələcək nəsillərə çatdırmaq lazımdır”.

Tədbirdə Türk xalqlarının birliyinin əhəmiyyətindən danışılıb.

Qeyd edilib ki, Birinci Türkoloji Qurultayın hədəfi türk xalqlarının inteqrasiyasını gücləndirmək, türkologiya elmini inkişaf etdirmək, bütün istiqamətlərdə türkologiya elminin, türk xalqlarının birliyini, əməkdaşlığını gücləndirməkdən ibarətdir.

Daha sonra Türk ölkələrindən olan bir qrup mədəni-ictimai xadim "Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)" xatirə nişanı ilə təltif edilib.

Təltif olunanlar sırasında Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti Müzəffər Şəkər, Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Yunus Emre İnstitutunun sədri professor Abdurrahman Aliy, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Əlyazmalar intitutunun direktoru Teymur kərimli, Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev və digərləri yer alıb.

Tədbir "Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq" və “Türk tarixinə baxış və ideoloji yanaşmalar" adlı panel sessiyalarla davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR