Bakıda uşağa fiziki təzyiq göstərən bağçanın tərbiyəçi müəllimi və dayə işdən çıxarılıb

Bakıda uşağa fiziki təzyiq göstərən bağçanın tərbiyəçi müəllimi və dayə işdən çıxarılıb
# 20 sentyabr 2024 14:04 (UTC +04:00)

290 nömrəli körpələr evi - uşaq bağçasında tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq 290 nömrəli körpələr evi - uşaq bağçasından məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı müşahidə kamerası görüntüləri yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR