Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına Balakən, Beyləqan və Zərdab rayonları da qoşulub.
Fevralın 11-də rayon icra hakimiyyətləri tərəfindən göndərilən humanitar yardım Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
APA-nın yerli bürosunun məlumatına görə, Beyləqan, Balakən və Zərdab rayonlarından gələn yardımların içərisində generator, çarpayı, qızdırıcı, yorğan-döşək, zəruri isti geyimlər və konservləşdirilmiş qida məhsulları mövcuddur.
Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.
Toplanan əşyalar arasında əsasən qış paltarları, o cümlədən əlcək, gödəkcələr, şalvar, şərf, qalın yun corablar, həmçinin yataq dəstləri, ərzaq, su, xalça, fənər və generatorlar üstünlük təşkil edir.