Bank Of Baku

Baş prokuror: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir

Baş prokuror:  Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir
# 16 avqust 2024 10:57 (UTC +04:00)

“Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir”.

APA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bu gün Naxçıvanda keçirilən "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda" Elmi-Praktiki Konfrans zamanı qeyd edib.

Xankəndidən sonra növbəti konfransın Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən Baş prokuror deyib ki, uzun müddət davam etmiş Azərbaycan və Ermənistan münaqişəsinin gedişatında təəssüflər olsun ki, Araz çayı sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirilib və hazırda da bu proses davam etdirilir.

“Hazırda da Ermənistan ərazisindən keçməklə ölkəmizə daxil olan çayların xüsusən də Araz və onun qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir”- deyə Baş prokuror vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR