Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib.
Baş prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş prokurorun müvafiq əmrinə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.
Talıb Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.
Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.