Paşha Bank
Bank Of Baku

Baş Prokurorluğun nümayəndə heyəti İstanbulda beynəlxalq tədbirdə iştirak edib

Baş Prokurorluğun nümayəndə heyəti İstanbulda beynəlxalq tədbirdə iştirak edib
# 13 oktyabr 2026 10:34 (UTC +04:00)

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib.

Bu barədə APA-ya Baş prokurorluqdan məlumat verilib.

Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlidən ibarət nümayəndə heyəti Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilən Beynəlxalq Ədalət Zirvəsi (“International Justice Summit Istanbul 2026”) adlı tədbirə qatılıb.

30-dan artıq ölkədən ədliyyə nazirlərinin, prokurorların, hakimlərin, hüquq sahəsində ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı Zirvədə müasir dövrdə ədalət mühakiməsi qarşısında duran çağırışlar, hüququn aliliyinin təmin olunması, insan hüquqlarının müdafiəsi və beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrində beynəlxalq humanitar hüququn tətbiqi, kibercinayətkarlıqla mübarizə, süni intellektin hüquq sistemlərinə təsiri, ədalət mühakiməsinin rəqəmsallaşdırılması və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR