Paşha Bank
Bank Of Baku

Beynəlxalq səyyahlar Şuşada olublar - FOTO - YENİLƏNİB

Beynəlxalq səyyahlar Şuşada olublar - FOTO  - YENİLƏNİB
# 08 oktyabr 2026 14:57 (UTC +04:00)

Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun 40 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhərində olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar heyətinə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir.

Beynəlxalq səyyahlar əvvəlcə Şuşanın mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri ilə tanış olublar.

Onlara Şuşanın tarixi, şəhərin işğal dövründəki vəziyyəti, eləcə də azadlıqdan sonra həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

Qonaqların diqqətinə çatdırılıb ki, 30 illik işğal dövründə Şuşadakı tarixi binalar, məscidlər və digər mədəniyyət abidələri dağıntılara və vandalizmə məruz qalıb. Şəhərin işğaldan azad edilməsindən sonra isə burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb, tarixi-mədəni irsin və şəhərin tarixi simasının bərpası istiqamətində layihələr həyata keçirilir.

Səyyahlar daha sonra Aşağı Gövhər Ağa məscidi, Sadıqcanın ev-muzeyi, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağının yerləşdiyi ərazi və Şuşanın qala divarları ziyarət edilib.

Səfərin sonunda Cıdır düzünə gələn qonaqlar buradan Şuşanın mənzərəsini seyr ediblər.

Qeyd edək ki, bu, dünyanın müxtəlif səyyah klublarının 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi 17-ci səfərdir. Bu cür səfərlər beynəlxalq səyyahlara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olmaq imkanı yaradır.

***

12.51

Beynəlxalq səyahətçilərin Şuşa şəhərinə səfəri başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan olan beynəlxalq səyyahlar Şuşada ilk olaraq İsa bulağında olublar.

Onlara İsa bulağının yerləşdiyi ərazi, Şuşanın tarixi və təbiəti barədə məlumat verilib.

Səfər çərçivəsində beynəlxalq səyahətçilərin Şuşanın digər tarixi və mədəni məkanlarını ziyarət etmələri də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR