Bank Of Baku

Beynəlxalq səyyahlar Xudavəng monastır kompleksini ziyarət edib - FOTO

Beynəlxalq səyyahlar Xudavəng monastır kompleksini ziyarət edib - FOTO
# 09 oktyabr 2026 13:26 (UTC +04:00)

Beynəlxalq səyahətçilərdən ibarət heyət Kəlbəcərə səfər edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi, 13 ölkəni təmsil edən səyyahlar Xudavəng monastır kompleksini ziyarət edib.

Heyət üzvlərinə kompleksin tarixi, işğal dövründə ona vurulmuş ziyan barədə məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırı Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Əsası VI–VII əsrlərdə qoyulan monastır Alban Xaçın knyazlığının dini mərkəzi olub. Kompleksin əsas məbədi 1214-cü ildə Arzu xatun tərəfindən inşa etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR