Bank Of Baku

Bəzi xəstəliklərdə azalma müşahidə edilib

Bəzi xəstəliklərdə azalma müşahidə edilib
# 17 yanvar 2024 12:51 (UTC +04:00)

Ötən ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara, ağciyər vərəmi ilə xəstələnmə halları azalıb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Səhiyyə Nazirliyin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb.

Həmçinin qeyd edilib ki, göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR