Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Cəlilabad stansiyasından 28 km şimal-qərbdə, Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə APA-ya Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ episentrdə 4 bala yaxın, episentrə yaxın ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Qedy edilib ki, zəlzələ yerli vaxtla 10:45-də, 54 km dərinlikdə qeydə alınıb.