Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Babayeva Mədinə Rəhim qızının nəşinin qalıqları ailəsinə təhvil verilib.
APA-nın xəbərinə görə, bu gün şəhidlə vida mərasmi keçirilib.
Daha sonra şəhidin nəşinin qalıqları Kəlbəcər rayonu, Daşbulaq kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Babayeva Mədinə Rəhim qızın 1905-ci ildə Kəlbəcər rayonunun Daşbulaq kəndində doğulub.
1993-cü il martın 31-də Kəlbəcər rayonunun Daşbulaq kəndi ərazisində itkin düşüb.