Paşha Bank
Bank Of Baku

BMT: Dünyada silahlı münaqişələrin sayı ən yüksək səviyyəyə çatıb

BMT: Dünyada silahlı münaqişələrin sayı ən yüksək səviyyəyə çatıb
# 28 oktyabr 2026 11:39 (UTC +04:00)

Dünyada artan silahlı münaqişələr qadın və qızların üzərinə düşən qayğı yükünü ağırlaşdırır.

APA xəbər verir ki, bunu BMT-nin proqram direktoru Əzza Kəram Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Bilik, səs və liderlik: ortaq gələcək naminə mədəniyyətlər arasında qadınların və qızların imkanlarının genişləndirilməsi” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda dünyada silahlı münaqişələrin sayı indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb. Bu vəziyyət məcburi köçkünlərin sayının artmasına, qadın və qızların üzləşdiyi çətinliklərin, eləcə də onların üzərinə düşən qayğı yükünün ağırlaşmasına səbəb olur.

BMT-nin proqram direktoru qadınların və qızların imkanlarının genişləndirilməsi üçün mövcud siyasət və qanunvericilik mexanizmlərinin daha səmərəli əlaqələndirilməsinin, dövlət qurumları və tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR