BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan hökuməti ilə 2026–2030-cu illər üçün imzaladığımız BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsində yaşıl artım və iqlim dayanıqlılığına daha çox diqqət yetirilir.
“APA-Economics” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmytro Shlapachenko “9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu istiqamətə ayrılması planlaşdırılan investisiyaların həcmi 2021–2025-ci illəri əhatə edən əvvəlki əməkdaşlıq çərçivəsi ilə müqayisədə beş dəfə artırılıb:
“Bizim rolumuz katalitik xarakter daşıyır və heç kimin kənarda qalmaması prinsipinə əsaslanır. İqlim tədbirləri və Azərbaycanın yaşıl artım prioritetlərinin dəstəklənməsi istiqamətində BMT-nin əlaqələndirilmiş dəstəyinin daha böyük nəticələrə gətirib çıxara biləcəyi sahələri müəyyənləşdirmək üçün hökumət və bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.
O vurğulayıb ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan hökuməti ilə 2026–2030-cu illər üçün imzaladığımız BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi vasitəsilə bu işə dəstək göstərməyə sadiqdir:
“Əməkdaşlıq çərçivəsinin digər prioriteti üzrə ortaq nəticəmiz ondan ibarətdir ki, 2030-cu ilədək Azərbaycanda insanlar yaşıl artımın, ədalətli keçidin, gücləndirilmiş ekosistemlərin və daha yüksək iqlim dayanıqlılığının faydalarından yararlansınlar”.