Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA - nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndindən Laçına keçən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 5 minik, 1 yük maşını aksiya keçirilən ərazidən geriyə, Xankəndinə qayıdıb. Avtomobillərdə mülki erməni ailələri və tibbi ləvazimat olub.
***
09.16
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki bu avtomobillərin sərbəst keçidi davam edir.
APA - nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus beş minik, bir yük maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.
Avtomobillərdə mülki erməni ailələri olub.