BQXK Azərbaycandakı fəaliyyətinə dair məlumat açıqlayıb

BQXK Azərbaycandakı fəaliyyətinə dair məlumat açıqlayıb
# 26 fevral 2024 11:52 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən ötən il 648 şəxs, o cümlədən ixtisaslaşmış səhiyyə mərkəzlərinin pasiyentləri, öz istəkləri əsasında aidiyyəti qərar vermə səlahiyyətli şəxslərlə əməkdaşlıq şəraitində Qarabağdan Ermənistana və ya əksinə istiqamətdə təxliyə edilib.

APA xəbər verir ki, bu barədə BQXK-nin 2023-cü ildə Azərbaycanda həyata keçirdiyi fəaliyyətlər haqqında açıqladığı məlumatda deyilir.

Bildirilib ki, 2023-cü il dekabr ayının sonunadək 150-dən çox video və telefon zəngi vasitəsilə Qarabağda olan 20 şəxs Ermənistan və digər ölkələrdə yaşayan ailə üzvləri ilə əlaqə saxlayıblar.

21 "Qızıl xaç məktubu" vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.

Qeyd olunub ki, BQXK tərəfindən ötən il 5,202 şəxs təmir edilmiş tibb məntəqələrində müalicə məqsədli konsultasiyalardan və müntəzəm vaksinasiya
tədbirlərindən faydalanıb.

1,558 şəxs (münaqişənin təsirinə məruz qalmış 8 icmada) tibbi məntəqələrinə Yaralılara Yardım dəstinin və digər tibbi ləvazimatların ianəsindən faydalanıb.
Təqribən 1,000 xəstə və yaralı Ermənistana təxliyə edilib. Eyni zamanda, mütəmadi olaraq uşaq qidası, ərzaq və Qarabağda yerləşən səhiyyə qurumları üçün dərman ləvazimatları təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR