Böyük Britaniyanın sabiq Baş naziri Liz Trass özünə məxsus sosial media platforması yaratmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
“Liz Trass söz azadlığını müdafiə edən şəxsi sosial media platformasını istifadəyə verməyə hazırlaşır”, – deyə materialda qeyd olunub.
Trass bildirib ki, Böyük Britaniyada “dərin dövlət” və əsas media qurumları söz azadlığını boğur.
Onun sözlərinə görə, yeni sosial şəbəkə bu yay istifadəyə veriləcək.