Bu il 11 ali məktəbin akkreditasiya qiymətləndirilməsi aparılacaq.
APA xəbər verir ki, bumu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, institusional akkreditasiyası aparılacaq ali təhsil müəssisələri - Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı və Sumqayıt Dövlət Universitetidir.
İdarə heyətinin sədri bildirib ki, 2024-cü ildə peşə təhsil müəssisələrinin akkreditasiya meyarlarının təsdiqi və 5 peşə təhsil müəssisəsinin akkreditasiya qitmətləndirməsi də nəzərdə tutulub.