Bu il 530-dan çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik bizneslər yaradılıb

Bu il 530-dan çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik bizneslər yaradılıb
# 22 aprel 2024 14:16 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı və Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bu il artıq 530-dan çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik bizneslər yaradılıb.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 66-sı şəhid ailəsi üzvü, 466-sı müharibə veteranı olan (o cümlədən 74-ü müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş) vətəndaşlardır.

"İlkin mərhələdə onlar üçün biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını uğurla müdafiə edən şəxslərə seçdikləri iqtisadi fəaliyyət istiqamətləri üzrə avadanlıqlar verilməklə kiçik təsərrüfatları yaradılır", - deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR