Bu il əmək müqavilələrinin sayı 1,7 faiz artıb

Bu il əmək müqavilələrinin sayı 1,7 faiz artıb
# 15 aprel 2024 10:41 (UTC +04:00)

2024-cü ilin ilk rübündə ölkəmizdə əmək müqavilələrinin sayı 30,3 min müqavilə və ya 1,7 faiz artaraq 1 mln. 839 min 109-a çatıb.

Ənək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 3 ayda əməkhaqqı fondunda daha 2,9 faiz artım qeydə alınıb.

Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR