Bu ilin ilk 3 ayında verilən mühafizə orderlərinin sayı açıqlanıb.
Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib. Bildirilib ki, 2024-cü ilin 3 ayı ərzində 73 mühafizə orderi olub.
"Onlardan 64-ü qısa müddətli, 9-u uzunmüddətli təşkil edir", - deyə məlumatda qeyd edilib.