"Azərbaycandan burada 900-ə yaxın xilasediciləri və tibb personalı var. Amma mən bilirəm ki, Azərbaycandan hamı Türkiyənin zəlzələ bölgəsinə könüllü olaraq gəlmək istəyir”.
APA-nın zəlzələ bölgəsinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir Ceyhun Bayramovla Kahramanmaraşda xilasetmə işləri aparan FHN əməkdaşları ilə görüşdüklərini xatırladıb: “Bu sabah azərbaycanlı qardaşlarımız xilasetmə işləri çərçivəsində iki uşağı dağıntıların arasından sağ çıxarıb. Bir az əvvəl də gözəl xəbər gəlib ki, onları daha bir uşağı çıxarıblar. Allah razı olsun. Bu günə qədər azərbaycanlı xilasetmə qrupları 50-ə yaxın şəxsi canlı olaraq dağlntılar arasından xilas ediblər. Digər ölkələrin də axtarış xilasetmə qrupları ərazidə fəaliyyətlərini davam etdirir”.