Bank Of Baku

Cəbrayılda minaya düşərək ayağı amputasiya olunan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Cəbrayılda minaya düşərək ayağı amputasiya olunan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb
# 07 aprel 2025 15:34 (UTC +04:00)

Aprelin 6-ı 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 16.12.1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən xəbər verilib.

Ona sağ aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR