Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi Zirvə görüşünün əhəmiyyətini qeyd edib. Vaşinqtonda əldə olunmuş razılaşmaların ardınca ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə sürətli inkişafının məmnunluq doğurduğu bildirilib.
Bu çərçivədə, 10 fevral 2026-cı il tarixində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının ikitərəfli əlaqələrin institusional əsaslarının daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Xartiyanın icrası çərçivəsində yaradılmış işçi qruplarının fəaliyyəti və qarşıdakı dövr üçün konkret layihə və yol xəritələrinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.
Azərbaycan-ABŞ iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi məsələlərinə toxunulub. Bu çərçivədə, Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, investisiya, yüksək texnologiyalar və digər sahələrdə əldə olunmuş razılaşmaların ikitərəfli strateji tərəfdaşlığın iqtisadi əsaslarının gücləndirilməsinə töhfəsi qeyd edilib.
Azərbaycanın regionun enerji, nəqliyyat və logistika potensialının inkişaf etdirilməsi, Orta Dəhlizin genişləndirilməsi, investisiyaların təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirdiyi infrastruktur layihələri barədə məlumat verilib.
TRIPP layihəsinin regionda nəqliyyat və iqtisadi bağlantıların inkişafına, Azərbaycan ərazisindən onun Naxçıvan Muxtar Respublikasına maneəsiz bağlantının təmin edilməsinə və daha geniş regional tranzit imkanlarının formalaşdırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi istiqamətində atdığı addımlar, əldə olunmuş razılaşmaların həyata keçirilməsi, regional kommunikasiyaların açılması və regionda davamlı sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb, ölkəmizin mövqeyini diqqətə çatdırıb.
Tərəflər Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların praktiki nəticələrlə zənginləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov ABŞ-ın xüsusi nümayəndəsinin baş müşaviri ilə TRIPP-i müzakirə edib
Xarici siyasət
Türkiyəli jurnalist: Qəzzada öldürülənlərə üzülmək başqa, qardaş Azərbaycana qarşı çıxmaq isə başqa məsələdir
Amerikalı hərbi ekspert: Azərbaycan Prezidentinin azad edilmiş ərazilərə səfərləri informasiya müharibəsində mühüm rol oynayıb
Bakıda amerikalı müəlliflərin 44 günlük Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olunub - FOTO
Azərbaycan və Özbəkistan pensiya təminatı sahəsində əməkdaşlıq edəcək
Xəbər Lenti
Lavrov: Avropa Rusiya ilə müharibəyə başlamağa qərar verərsə, cavab qısa olacaq
Nepalda iki turist helikopteri toqquşub: bir nəfər ölüb, üç yaralı var
İspaniyanın “Tenerife” klubunun futbolçusu meydanda qapıçı ilə toqquşduqdan sonra ölüb - HADİSƏ ANININ VİDEOSU
Putin rusiyalıların MDB ölkələrində gəlirləri haqqında məlumat toplamağa icazə verən qanunu imzalayıb
Türkiyəli jurnalist: Qəzzada öldürülənlərə üzülmək başqa, qardaş Azərbaycana qarşı çıxmaq isə başqa məsələdir
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib - FOTO
Yelo Bank reysqabağı yoxlama ödənişini yeniləyib: ƏDV seçimi əlavə olunub
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri: İdman hər kəs üçün bərabər imkan olmalıdır - MÜSAHİBƏ
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Londondan Varşavaya uçan təyyarədə bomba olması barədə xəbər yayılıb
Lavrov: Atəşkəs çağırışları Kiyevə nəfəs almaq üçün imkan yaratmaq məqsədi daşıyır
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarının 10-11 noyabrda Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
Əraqçi: Məqsədimiz xarici müdaxilədən kənar regional təhlükəsizlik mexanizminin yaradılmasıdır
Amerikalı hərbi ekspert: Azərbaycan Prezidentinin azad edilmiş ərazilərə səfərləri informasiya müharibəsində mühüm rol oynayıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Yılmaz Özdil: Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, bu Fələstinə görə Azərbaycanı üzürük?
Mobil telefonlar da POS-terminal sayılacaq
“Elektron ticarət haqqında” qanunun yalnız ölkədə elektron ticarətə tətbiqinə dair məhdudiyyət ləğv edilir
Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
Bakıda amerikalı müəlliflərin 44 günlük Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olunub - FOTO
Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir
Azərbaycan-Böyük Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə danışıqlar davam edir
Siyavuş Novruzov: Azərbaycana din, elm adı altında gələn bəzi şəxslər antidövlət fəaliyyəti ilə məşğul olur
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir - FOTO - VİDEO
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır
Azərbaycan və Özbəkistan pensiya təminatı sahəsində əməkdaşlıq edəcək
Milli Məclis Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edib
Kreml: Putin-Tramp-Si Cinpin görüşünün təşkili üzrə işlər başlayıb
KMBİ Ukrayna polisi ilə birgə əməliyyat keçirib, beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirilib - FOTO - YENİLƏNİB - VİDEO
Sabah 24 dərəcə isti olacaq
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı məhkımə başlayır
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Qlobal qaz tələbatı bu il 65 mlrd. kubmetrə yaxın azalacaq - PROQNOZ
Bir ayda dövlət sərhədini pоzan 40 əcnəbi saxlanılıb, yarım tona yaxın narkotik tutulub
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib - YENİLƏNİB-1
Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb
Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz ərazi bütövlüyümüzü bərpa etdi - RƏY
Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb
Beynəlxalq Enerji Agentliyi: Qlobal qaz bazarı daha çevik və mürəkkəb xarakter alıb
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
BEA: Avropada qaz ehtiyatlarının azlığı qlobal LNG bazarında qiymət artımı riski yaradır