Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də siyasi dialoqun genişləndirilməsi imkanları müzakirə olunub.
Tərəflər iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı səfərlərin və institusional əlaqələrin artırılmasının əhəmiyyətini vurğulayıblar.
Azərbaycan ilə İndoneziya arasında Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, D8, ASEAN və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd olunub. 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə hazırlıq məsələləri əsas müzakirə mövzularından birini təşkil edib.
Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə birlikdə C6 formatında əməkdaşlığının əhəmiyyəti, bu çərçivədə regional bağlantıların gücləndirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələləri diqqətə çatdırılıb.
Görüşdə, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
Eyni gündə, Azərbaycan və İndoneziya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfinə nazir müavini Elnur Məmmədov, İndoneziya tərəfinə isə Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto rəhbərlik edib.
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Kobaxidze: Azərbaycanla sərhədin delimitasiyası prosesində irəliləyişə ümid edirik
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib - FOTO
XİN 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına salıb: Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan, Ahmet Çakar...
Xəbər Lenti
Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlanıb
Putinin Uitkoffla görüşü iki saatdan çoxdur davam edir
MSİM Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk məzunlarını təltif edib
Tramp: Rusiya ABŞ vətəndaşı Habbardı azad edib, qarşılığında heç nə verməyəcəyik
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Kobaxidze: Azərbaycanla sərhədin delimitasiyası prosesində irəliləyişə ümid edirik
Bakıda yaşayış binasında yanğın olub - YENİLƏNİB
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib - FOTO
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda!
Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri üçün müsabiqə elan edilib
Lerikdə qızıl axtaran şəxslərdən biri qayadan yıxılaraq ölüb, digər iki nəfər saxlanılıb - YENİLƏNİB
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb
Gürcüstan Baş nazirinin Rusiya üzrə yeni xüsusi nümayəndəsi təyin edilib
Azərbaycana qripə qarşı peyvəndlər gətirilib, bu gündən vaksinasiyaya başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə zəng edib
Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin TİƏ-sı sabah təqdim olunacaq
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
Uitkoff: Ukraynada atəşkəsə nail olmaq üçün zəmin var
XİN 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına salıb: Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan, Ahmet Çakar...
Orta Dəhlizdə yeni konteyner gəmilərinin istismara verilməsi gözlənilir
Putin Trampın xahişini yerinə yetirib, Ukrayna tərəfdə vuruşmuş amerikalı azadlığa buraxılıb
“Səhər 9-da sağlam, saat 2-də isə xəstə": Vaxtında sığortalanmaq vacibdir
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
Sankt-Peterburqda Putinlə Uitkoff arasında görüş başlayıb
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir? - MÜSAHİBƏ
Ticarət Palatası: Almaniya şirkətləri Orta Dəhliz ekosisteminin bir hissəsinə çevrilməkdə maraqlıdır
Stella Renita: AİB Bakı–Böyük Kəsik dəmir yolunun təhlükəsizliyinin qiymətləndirilməsinə dəstək verib
Bu il Azərbaycanda vergi cinayətləri faktları üzrə 373 cinayət işi başlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir
TRACECA-nın baş katibi: Orta Dəhlizdə koordinasiya və məlumat mübadiləsi gücləndirilməlidir
İranın daxili işlər naziri Azərbaycanda apardığı danışıqlardan məmnunluğunu bildirib
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
Stella Renita: Azərbaycanda 120-yə yaxın müəssisə AİB-in maliyyələşməsindən yararlanıb
Avropa İnvestisiya Bankı Naxçıvan dəmir yolu layihəsinə investisiya imkanlarını araşdırır
Natali Muravidze: AYİB Azərbaycanda dəniz nəqliyyatına investisiyaları genişləndirməyi planlaşdırır
AYİB: Orta Dəhliz nəqliyyat marşrutundan iqtisadi dəhlizə çevrilməlidir
DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib - VİDEO
Sabah Bakıya yağış yağacaq
AYİB Orta Dəhlizin inkişafı üçün üç əsas prioritet açıqlayıb
Hesabat: Şimali Koreya Rusiyaya “Şahed” istehsalı üçün 12 min işçi göndərib
Səudiyyə Ərəbistanı səfiri: Krallıq hər il azərbaycanlı tələbələr üçün 121 təqaüd yeri ayırır
Mirzoyan TRIPP üzrə qaz və neft kəmərlərinin fərqli marşrutlarla çəkilə biləcəyini bildirib