Bank Of Baku

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

Serbiyalı tennisçi Novak Cokoviç

© APA | Serbiyalı tennisçi Novak Cokoviç

# 08 iyul 2026 04:32 (UTC +04:00)

Serbiyalı tennisçi Novak Cokoviç Böyük Dəbilqə turnirlərində beş setlik oyunların sayına görə rekord müəyyənləşdirib.

APA xəbər verir ki, rekord Uimbldonun 1/4 finalında kanadalı Feliks Oje-Alyassimlə qarşılaşma zamanı qeydə alınıb.

Bu, Cokoviçin Böyük Dəbilqə turnirlərində qalibin beşinci setdə müəyyənləşdiyi 50-ci görüşü olub. Bununla o, bu göstəricidə Stan Vavrinkanı geridə qoyaraq yeganə rekordçuya çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR